Xəbərlər

Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb

Son illər ölkəmizdə  cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş "Neftçi İdman Klubu"nun idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti  Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.
Bu münasibətlə o, "Böyük dəbilqə"nin təşkil olunduğu  Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb. Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadıq Sadıqova cüdonun banisi  Ciqoro Kanonun nüfuzlu "Herend" şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.
Daha sonra Marius Vizer "Neftçi İdman Klubu"nun yetirməsi olan, zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.
Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıbSadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıbSadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb