Xəbərlər


"Qaradağ Lökbatan" qələbə qazanıb

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda VII turun oyunlarına yekun vurulub. Bu tur çərçivəsində "Qaradağ Lökbatan” "Zirə-2” komandasının qonağı olub."ASK Arena”da keçirilən matçda komandamız 3:0 hesabı ilə qələbə qazanıb. "Qaradağ Lökbatan"ın heyətində Ceyhun Muxtarlı (28-ci dəqiqə), Sərxan Abdullayev (56-cı dəqiqə) və Sabir Allahquliyev (72-ci dəqiqə) adlarını tabloya yazdırıblar.