Xəbərlər

Samboçularımız dünya birinciliyindən 3 medalla dönür

Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında keçirilən dünya birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu” Azərbaycan millisinin heyətində üç samboçu ilə təmsil olunub. Səhliman Ağayevin yetirmələrinin hər biri böyük əzmkarlıq nümayiş etdirərək dünya birinciliyinin mükafatına layiq görülüb.

Yeniyetmələr arasında təşkil olunan yarışda yalnız həlledici final qarşılaşmasında məğlub olan Sahib Babayev (53 kq) gümüş medal qazanıb. Məhəmməd Məmmədzadə (+98 kq) isə mötəbər yarışın bürünc medalına sahib olub.

Gənclərin mübarizəsində 88 kiloqram çəki dərəcəsində çıxış edən Adil Adilzadə də fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Samboçularımız dünya birinciliyindən  3 medalla dönürSamboçularımız dünya birinciliyindən  3 medalla dönürSamboçularımız dünya birinciliyindən  3 medalla dönür