Xəbərlər


Teymur Rəcəbov “Champions Chess Tour”da ikinci yeri tutub

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un (Çempionlar Turunun) final mərhələsində ikinci yeri tutub.

Bu gün keçirilən sonuncu - doqquzuncu turda şahmatçımız Fransa təmsilçisi Maksim Vaşe-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edib. Turnirin yekun nəticələrinə görə, Teymur Rəcəbov ikinci pillədə qərarlaşıb.

Yarışın qalibi isə Maqnus Karlsen olub.

Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - "Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.