Xəbərlər


“Champions Chess Tour”: Azərbaycan derbisini Teymur Rəcəbov qazandı

"Neftçi İdman Klubu”nun yetirməsi Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un (Çempionlar Turunun) final mərhələsinin VIII turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla üz-üzə gəlib. İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Sonuncu partiyada Teymur Rəcəbov qələbə qazanıb (2,5:1,5) və xal durumuna (24 xal) görə turnirdə ikinci pilləyə yüksəlib.