Xəbərlər


Teymur Rəcəbov “Champions Chess Tour"da Maqnus Karlsenə qalib gəlib

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsinin  yeddinci turunun oyunları keçirilib.
Bu turda "Neftçi İdman Klubu"nun yetirməsi Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionunu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.