Xəbərlər


U-16 komandamız meydana şəhidlərimizin şəkilləri əks olunmuş formada çıxıb

AFFA-nın bayrağı altında kiçikyaşlı futbolçular arasında müxtəlif liqalarda keçirilən Azərbaycan  birinciliyinə start verilib.
"Neftçi İdman Klubu"nun on altı yaşadək futbolçulardan ibarət  komandası ilk oyunda "Sabah"la üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunan qarşılaşma gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçsə də,  hesab açılmayıb - 0:0.
Qeyd edək ki, futbolçularımız meydana üzərində şəhidlərimizin şəkilləri əks olunmuş formada çıxıblar.