Xəbərlər


Teymur Rəcəbov “Champions Chess Tour”da Levon Aronyana qalib gəlib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov bu turda prinsipial rəqibi, ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Qeyd edək ki, altıncı turda Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.