Xəbərlər


Şahmatçımız Teymur Rəcəbov “Champions Chess Tour”da ilk qələbəsini qazanıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov dördüncü turda polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Bu, onun final mərhələsində ilk qələbəsidir. Şahmatçımız bundan əvvəlki 3 turda məğlub olub.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq beşinci turda Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq.