Xəbərlər


“Qaradağ Lökbatan” qələbə qazanıb

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda III turun oyunları keçirilir. "Qaradağ Lökbatan” bu turda "Neftçi-2" komandası ilə qarşılaşıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə (IV meydança) təşkil olunan oyunda komandamız 4:0 hesabı ilə qalib gəlib. Qolları rəqib qapısından Urfan İsmayılov (30), Həbib İsmayılov (37), Əlibala Ağayev (52) və Elnur Səmədov (57) keçirib.

Qeyd edək ki, matçın 54-cü dəqiqəsində "Neftçi-2” komandasının heyətində Asim Əlizadə qırmızı vərəqə ilə cəzalandırılıb və bundan sonra rəqib azlıqda qalıb.