Xəbərlər


“Neftçi İdman Klubu”nda şəhidlərin xatirəsi anılıb

"Neftçi İdman Klubu”nda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Öncə Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbət açıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağını qeyd edib.

Saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, gəmilərdən, qatarlardan siqnallar səsləndirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

“Neftçi İdman Klubu”nda şəhidlərin xatirəsi anılıb“Neftçi İdman Klubu”nda şəhidlərin xatirəsi anılıb“Neftçi İdman Klubu”nda şəhidlərin xatirəsi anılıb