Xəbərlər


Zaqrebdə keçirilən Qran-pri turnirindən daha bir qızıl medal

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
 "Neftçi İdman Klubu"nun yetirməsi ölkəmizə daha bir qızıl medal qazandırıb.
Mübarizəyə səkkizdəbir finaldan  başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) Polşa təmsilçisi Sebastian Oldak, avstriyalı Vaçid Borçaşvili və rusiyalı Xusen Xalmurzayevi  məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Gürcüstan idmançısı  Luka Maisuradze üzərində qələbə qazanan Məmmədəli Mehdiyev Qran-pri yarışının qızıl medalına sahib olub.
Xatırladaq ki, turnirin  əvvəlki günlərində klubumuzun digər cüdoçusu Hidayət Heydərov (73 kq) da eyni uğuru təkrarlayaraq qızıl medal qazanıb.
Otuz beş ölkədən 240-dan çox idmançının qatıldığı yarışda Azərbaycanı "Neftçi İdman Klubu"nun iki cüdoçusu təmsil edib və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.