Xəbərlər


Klubumuzun gənc çimərlik güləşçisi Fərid Cabbarov dünya çempionu oldu

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya birinciliyi keçirilib.

"Neftçi İdman Klubu"nun yetirməsi Fərid Cabbarov (80 kq) mundialda əzmlə çıxış edərək böyük uğura imza atıb. Mübarizəyə təsnifat mərhələsindən başlayan idmançımız əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən Fərid Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə də Rumıniya idmançısına qalib gələn təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə ukraynalı rəqibinə heç bir şans tanımayan güləşçimiz dünya çempionu olub.

Xatırladaq ki, bir neçə gün öncə Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Avropa birinciliyində də Fərid Cabbarov qızıl medala sahib olmuşdu.