Xəbərlər


“Qaradağ Lökbatan” “Kəpəz”lə bərabərə qaldı

Birinci Divizionda II turun oyunları keçirilir. "Qaradağ Lökbatan” bu tur çərçivəsində Gəncənin "Kəpəz” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun 1:1 hesabı ilə sona yetib. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqibin heyətində Tural Rzayev fərqlənərək komandasını önə çıxarıb. "Qaradağ Lökbatan” yalnız son anda, matçın əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində (90+1) Urfan İsmayılovun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib – 1:1.