Xəbərlər


Birinci MDB Oyunları: Samboçumuz üçüncü oldu

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir.
"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan samboçusu Adil Adilzadə uğurla çıxış edərək yarışın mükafatına layiq görülüb. Səksən səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birinci MDB Oyunlarının bürünc medalına sahib olub.
Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçiləri Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş medal qazanmışdı.
Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur.
Birinci MDB Oyunları:    Samboçumuz üçüncü oldu