Xəbərlər


Birinci MDB Oyunlarından daha bir medal

 Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir.
Bu gün qadın güləşçilər arasında yarış təşkil olunub.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində təmsil olunan yetirməsi Şahanə Nəzərova (50 kq) əzmlə mübarizə apararaq mükafatçılar arasında yer alıb. Bütün çəkilərdə mübarizə dairəvi sistem üzrə baş tutub. Yekunda xanım güləşçimiz mötəbər yarışın gümüş medalına layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçiləri Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) birinci MDB Oyunlarında uğurla çıxış edərək qızıl  medal qazanmışdılar.