Xəbərlər


Güləşçimiz Nihad Quluzadə birinci MDB Oyunlarında ölkəmizə ilk medalı qazandırıb

"Neftçi İdman Klubu"nun Azərbaycan komandasının heyətində yer alan yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında ölkəmizə ilk medalı qazandırıb. Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə rusiyalı Qurban Konaliyev və Özbəkistan təmsilçisi Asomiddin Həsənova qalib gələrək yarımfinala yüksəlib. Pəhləvanımız İsxar Kurbayevi (Qazaxıstan) də məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə yenidən Qurban Konaliyev ilə qarşılaşan güləşçimiz bu dəfə də rəqibinə qalib gələrək birinci MDB Oyunlarının qızıl medalına sahib olub. Digər pəhləvanımız Sərxan Məmmədov (130 kq) da bütün rəqiblərini məğlub edərək eyni uğura imza atıb və nüfuzlu yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur.