Xəbərlər


Taekvondoçumuz Avropa birinciliyinin gümüş medalına sahib olub

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa birinciliyi davam edir. Uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinə milli komandamızın üzvləri də qatılıblar.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan taekvondoçusu Hüseyn Xudiyev əzmlə çıxış edərək mükafatçılar sırasına düşməyə müvəffəq olub. Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız həlledici final görüşündə məğlub olub və yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalına layiq görülüb.

Taekvondoçumuz Avropa birinciliyinin gümüş medalına sahib olubTaekvondoçumuz Avropa birinciliyinin gümüş medalına sahib olub