Xəbərlər


Sərbəst güləşçimiz Turan Bayramov dünya üçüncüsü oldu

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında keçirilən dünya birinciliyi davam edir.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan sərbəst güləşçisi Turan Bayramov (74 kq) səkkizdəbir finalda Almaniya təmsilçisi Stas Volfu vaxtından əvvəl xalçadan məyus yola salıb. O, Amerikalı Kiqan Otoole ilə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə məğlub olub. ABŞ idmançısının finala yüksəlməsi pəhləvanımıza təsəlliverici görüşdə iştirak hüququ qazandırıb. Ancaq Macarıstan idmançısı Balint Balaş xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququna yiyələnib. Rusiyalı İdar Xatanov ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Sonda minimal hesabla qələbə qazanan Turan Bayramov dünya birinciliyinin bürünc medalına sahib olub.