Xəbərlər


Taekvondoçularımız Azərbaycan birinciliyini 4 medalla başa vurublar

Gənclər arasında taekvondo üzrə respublika birinciliyinə yekun vurulub.

Taekvondo Federasiyasının idman zalında keçirilən yarışda klubumuzun idmançıları da qüvvələrini sınayıblar. Təmsilçilərimiz turnirin 4 medalına (1 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar. Onlardan 45 kiloqram çəkidə çıxış edən Pünhan Mürsəlov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Vaqif Hacıyev (59 kq) və Elmin Əhmədov (+78 kq) gümüş medala layiq görülüblər. Digər taekvondoçumuz Hacıağa Quliyev (55 kq) isə ölkə birinciliyini bürünc medalla başa vurub.