Xəbərlər


Güllə atıcılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar

Vətən müharibəsi şəhidləri Həmidağa Hüseynzadə, Tacəddin Əzizli və Hüseyn Tağıyevin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə turnirə yekun vurulub. Gənclər arasında keçirilən və Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda əlliyə yaxın idmançı bacarığını nümayiş etdirib.

Klubumuzun təmsilçiləri yarışda aşkar üstünlükləri ilə seçiliblər və 3 medala sahib olublar. Atıcılarımızdan İmran Qarayev oğlanlar arasında ən yüksək nəticə göstərərək turnirin qalibi olub. Xanım idmançıların yarışında Nəzrin Abbaslı eyni uğura imza atıb. Klubun digər yetirməsi Xalidə Əliyeva isə bürünc medala layiq görülüb.

Güllə atıcılarımız 2 qızıl və 1 bürünc  medal qazanıblar