Xəbərlər


U-16 komandamız çimərlik futbolu üzrə Azərbaycan çempionatında üçüncü yeri tutub

Su İdman Sarayının ərazisindəki meydançada on altı yaşadək futbolçular arasında keçirilən çimərlik futbolu üzrə Azərbaycan birinciliyi başa çatıb.

Yarışda "Neftçi İdman Klubu”nun komandası uğurla çıxış edib. İlk görüşdə "Tural”a 10:4 hesabı ilə qalib gələn futbolçularımız, ikinci qarşılaşmada ASTA komandası üzərində qələbə qazanıblar - 5:2. Komandamız növbəti oyunda "Baku-Fire” klubuna məğlub olsa da, üçüncü yer uğrunda görüşdə rəqibi ASTA komandası ilə oyunu 7:0 hesablı qələbə ilə başa vurub və ölkə birinciliyinin bürünc medalına sahib olub.

Sevindirici haldır ki, futbolçumuz Cəmil Əliyev çempionatın ən yaxşı oyunçusu seçilib və Azərbaycan milli komandasının heyətinə cəlb olunub.

U-16 komandamız çimərlik futbolu üzrə Azərbaycan çempionatında üçüncü yeri tutub