Xəbərlər


Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırıb

"Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən təmsilçimiz ikinci təsnifat mərhələsində 286 xal toplayıb. İdmançımız ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan atıcımız finala yüksəlmək şansını itirib.

Qeyd edək ki, həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Xatırladaq ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci pillədə qərarlaşıb.