Xəbərlər


Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasında ölkəmizə ilk medalı qazandırıb

"Neftçi İdman Klubu”nun cüdoçusu, Azərbaycan millisinin heyətində yer almış İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. Yetmiş səkkiz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşdə Bosniya və Herseqovina təmsilçisi Larisa Tseriçə ipponla qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. O, bu mərhələdə Cənubi Koreyanı təmsil edən Mijin Hanla görüşdə də üstün olub və yarımfinala yüksəlib. Yarımfinalda yaponiyalı Akira Soneyə məğlub olan idmançımız üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib. Rəqibi üzərində ipponla qələbə qazanan İrina Kindzerska Tokio Olimpiadasının bürünc medalına sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında əldə etdiyi ilk medal olub.

Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasında ölkəmizə ilk medalı qazandırıbCüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasında ölkəmizə ilk medalı qazandırıbCüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasında ölkəmizə ilk medalı qazandırıb