Xəbərlər


Vasif Durarbəyli dünya kubokunda mübarizəni dayandırıb

Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə dünya kuboku yarışları davam edir.

Mötəbər turnirdə mübarizəyə yüz iyirmi səkkizdəbir final mərhələsindən qoşulan və uğurla irəliləyən klubumuzun təmsilçisi Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşıb. İlk görüş heç-heçə başa çatsa da, növbəti qarşılaşmada şahmatçımız rəqibinə məğlub olub və mübarizəni dayandırıb.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.