Xəbərlər


Sumoçumuz Avropa birinciliyində gümüş medala layiq görülüb

İyulun 22-də Polşanın Siedlce şəhərində start götürmüş sumo üzrə kadetlər və yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.

Yarışda ölkəmizi yeniyetmələr arasında təmsil edən "Neftçi İdman Klubu”nun yetirməsi Nuhan Müzəffərov əzmlə mübarizə apararaq finala qədər irəliləyib. Qırx beş kiloqram çəkidə çıxış edən idmançımız yalnız həlledici görüşdə məğlub olub və nüfuzlu turnirin gümüş medalını qazanıb.