Xəbərlər


Eltac Səfərli beynəlxalq turnirin qalibi oldu

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli Serbiyada keçirilən beynəlxalq turnirdə böyük uğura imza atıb. Belə ki, təmsilçimiz İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 6 xalla bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. İkinci pillədə şahmatçımızla eyni xalı yığan və əlavə göstəricilərə görə ondan geri qalan Aleksey Polçikov qərarlaşıb. Monteneqrolu Draqan Kosic isə 5,5 xalla üçüncü yeri tutub.