Xəbərlər


Şahmatçımız Vasif Durarbəyli dünya kuboku uğrunda yarışda qələbə qazanıb

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

"Neftçi İdman Klubu”nun yetirməsi Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib.Şahmatçımız birinci partiyada qələbə qazanıb və turnirə qələbə ilə başlayıb.

Xatırladaq ki, dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.

Qeyd edək ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.