Xəbərlər


Taekvondoçumuz qızıl medal qazanıb

Taekvondo Federasiyasının idman zalında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir.

"Neftçi İdman Klubu”nun təmsilçisi Hüseyn Xudiyev yarışda uğurla çıxış edib. Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.