Xəbərlər


Yeniyetmə güləşçimiz Abdulrəhman İbrahimov Avropa ikincisi olub

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyi davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığma komandasının heyətində yer alan sərbəst güləşçisi Abdulrəhman İbrahimov (60 kq) Ukrayna, Türkiyə və Polşa idmançıları üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə gürcüstanlı rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdıran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisinə minimal hesabla məğlub olan Abdulrəhman İbrahimov qitə birinciliyinin gümüş medalına layiq görülüb.