Xəbərlər


Təmsilçilərimiz Ukraynadan medalla dönür

Ukraynanın Odessa şəhərində qarışıq döyüş növləri üzrə dünya kuboku yarışı keçirilib. Turnirdə 16 ölkədən 800-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışda "Neftçi İdman Klubu”nun yetirmələri əzm nümayiş etdirərək uğurla çıxış ediblər və qızıl medallara yiyələniblər. İdmançılarımızdan Nicat Yusifof (70 kq) ermənini, Cəlal Cəlallı (80 kq) isə yerli idmançını məğlub edərək dünya kubokuna sahib olub.