Xəbərlər


Güləşçimiz İslam Abbasov “Poland Open” turnirində üçüncü yeri tutub

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə "Poland Open" turniri başa çatıb.

Yarışın sonuncu günündə "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi İslam Abbasov mübarizəyə qoşulub. Doxsan yeddi kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız təsnifat mərhələsində Türkiyə idmançısına qalib gəlsə də, dörddəbir finalda İran təmsilçisinə məğlub olub. Rəqibi finala yüksəldiyi üçün İslam Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı güləşçi üzərində inamlı qələbə qazanıb. Üçüncü yer uğrunda keçirilən görüşdə polşalı rəqibini məğlubiyyətə uğradan güləşçimiz turnirin bürünc medalına sahib olub.

Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almışdı.