Xəbərlər


Cüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun turnirdə mübarizə aparan cüdoçularından yalnız Rüstəm Orucov (73 kq) medal qazana bilib. İdmançımız ardıcıl olaraq, Ukrayna təmsilçisi Sergey Drebotanı, türkiyəli Hasan Vanlıoğlunu, almaniyalı İqor Vandtkeyi və Çin cüdoçusu Şua Sunu məğlub edərək finala yükəslib. Həlledici görüşdə Orucov yaponiyalı Hiroyika Akimotoya məğlub olub və gümüş medala layiq görülüb.

Bu yarışda qazanılan uğurlar idmançıların 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün reytinq göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa kömək edir. Bu turnirdə qızıl medal alan idmançı 500, ikinci yerin sahibi 300, bürünc mükafatçıların hərəsi isə 200 xal qazandığından, Rüstəm Orucov da yiyələndiyi gümüş medalın müqabilində 300 xal əldə edib.

Klubun digər cüdoçuları Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) 5-ci pillədə qərarlaşaraq hərəyə 100 xal, Elxan Məmmədov (100 kq) isə 7-ci sırada dayanmaqla 75 xal qazanıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqov "Böyük Dəbilqə” yarışını müşahidə ediblər.

Cüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandıCüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandıCüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandıCüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandı
Cüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandı
Cüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandı
Cüdoçumuz Böyük dəbilqədə gümüş medal qazandı