Xəbərlər

Cüdoçumuz Zelim Kotsoyev "Böyük dəbilqə" turnirinin qalibi oldu

 Aprelin 1-də Türkiyənin Antalya şəhərində start götürmüş cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub.
Yarışın sonuncu günündə "Neftçi İdman Klubu"nun  təmsilçisi Zelim Kotsoyev (100 kq) böyük əzmkarlıq nümayiş etdirərək mötəbər turnirin qızıl medalına sahib olub. İdmançımız finala gedən yolda fransalı Sirille Mareti, xorvatiyalı Zlatko Kumrıci, avstraliyalı Kayhan Özçiçək-Takagini, estoniyalı Qriqori Minaskini  məğlubiyyətə uğradıb. Cüdoçumuz həlledici final görüşündə  yaponiyalı rəqibi Aaron Volf üzərində qələbə qazanaraq turnirin qalibi olub.
Beləliklə, klubumuzun yetirmələrinin Antalyada qazandıqları medalların sayı üçə yüksəlib.
Xatırladaq ki, 93 ölkədən 440 cüdoçunun qatıldığı yarışın əvvəlki günlərində klubumuzun təmsilçiləri Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq)  bürünc medala layiq görülmüşdülər.
Cüdoçumuz Zelim Kotsoyev "Böyük dəbilqə" turnirinin qalibi olduCüdoçumuz Zelim Kotsoyev "Böyük dəbilqə" turnirinin qalibi olduCüdoçumuz Zelim Kotsoyev "Böyük dəbilqə" turnirinin qalibi oldu