Xəbərlər


Cüdoçumuz Nicat Şıxəlizadə Antalyada bürünc medal əldə edib

"Neftçi İdman Klubu"nun yetirməsi Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində startı verilmiş cüdo üzrə "Böyük dəbilqə"  turnirində bürünc medala yiyələnib. İdmançımız qırğızıstanlı Çingizxan Saginaliyevi və Belarus təmsilçisi Dmitri Minkounu məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə o, komanda yoldaşı Orxan Səfərovla üz-üzə gəlib və görüşü qələbə ilə başa vurub. Yarımfinalda yaponiyalı Abeyə uduzan Nicat Şıxəlizadə üçüncü yer uğrunda qarşılaşmada Fransa idmançısı Kilian Le Bloşa qalib gələrək  bürünc medala sahib olub.
Qeyd edək ki, 93 ölkədən 440 cüdoçunun qatıldığı və ölkəmizin 13 idmançı ilə təmsil olunduğu mötəbər yarış aprelin 3-də sona yetəcək.