Xəbərlər


Teymur Rəcəbov FIDE-nin yeni reytinq siyahısında mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

Dünya reytinqinə görə, ilk onluqda qərarlaşan "Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməz olaraq qalıb. Belə ki, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) bu dəfə də onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.