Xəbərlər


Cüdoçumuz Murad Fətiyev Tbilisi "Böyük dəbilqə" sinin bürünc medalına layiq görülüb

 Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük dəbilqə” turniri davam edir.
"Neftçi İdman Klubu"nun cüdoçusu,  87 kiloqram çəki dərəcəsində  mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forteni məğlub edib və üçüncü yeri tutub.
Qeyd edək ki, martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. 
Ölkəmiz yarışda 11 idmançı ilə təmsil olunur.