Xəbərlər


Klubumuzun iki paraatleti Tunisdə qızıl medal qazanıb

Azərbaycanın paraatleti, "Neftçi İdman Klubu"nun üzvü Oloxan Musayev Tunisdə keçirilən "Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.
F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 metr nəticə göstərib.
Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən, "Neftçi İdman Klubu"nun üzvü Orxan Qasımov nizə atma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.
Klubumuzun iki paraatleti Tunisdə qızıl medal qazanıb