Xəbərlər


"Neftçi İdman Klubu"nun güləşçisi Olimpiadaya lisenziya qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir.
İlk yarış günlərində sərbəst güləşçilər mübarizə aparırlar.
Turnirdə 65 kiloqram çəki dərəcəsində çıxış edən, "Neftçi İdman Klubu"nun üzvü Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn H.Əliyev finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.