Xəbərlər


Taekvondoçumuz Ayxan Tağızadə "Turkish Open" turnirindən medalla dönür

 Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq turnirinə yekun vurulub.
"Neftçi İdman Klubu"nun taekvondoçusu Ayxan Tağızadə yarışın mükafatçıları arasında yer alıb. Yetmiş dörd kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin bürünc medalını qazanıb.
Qeyd edək ki, turnirə 46 ölkədən 1590 idmançı qatılıb.