Xəbərlər


Karateçilərimiz Subotiçadan yüksək nailiyyətlə döndülər

Serbiyanın Subotiça şəhərində SKDUN karate-do üzrə 23-cü dünya çempionatı başa çatıb. 45 ölkədən 2000-dən çox idmançının qatıldığı yarış gərgin mübarizə şəraitində keçib.

Çempionatda yığma komandamız 15 idmançı ilə təmsil olunmuşdu ki, onlardan da 6-sı "Neftçi İdman Klubu”nun karateçiləri idi. Klubun təmsilçilərindən İsmayıl Bayramzadə (12-13 yaş, 40 kq) kumite və kata yarışlarının hər birində gümüş medal qazanıb. Röyal Haqverdiyev (16-17 yaş, 60 kq) kumite yarışlarında 2-ci, katada isə 3-cü olub. Səbuhi Nuriyev (18-20 yaş, 80 kq) və Orxan Mütəllimov (21-39 yaş, 77 kq) kumite yarışlarında dünya çempionu tituluna sahib olublar. Digər karate ustası Sədi Namazov (21-39 yaş, +85 kq) kumitedə qızıl, kata və komanda yarışlarında isə gümüş medala yiyələnib.