Xəbərlər


Cüdoçumuz Davud Məmmədsoy "Böyük dəbilqə" turnirinin qalibi oldu

"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə start götürmüş "Böyük dəbilqə” turnirində qızıl medala sahib olub. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Almaniya, Hindistan, Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı  Temur Nozadze üzərində inamlı qələbə qazanan Davud Məmmədsoy  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubumuzun digər yetirməsi Nicat Şıxəlizadə (66 kq) isə yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, ölkəmizin 15 cüdoçu ilə qatıldığı və fevralın 20-dək davam edəcək mötəbər turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır.