Xəbərlər


«Qaradağ Lökbatan» 1/8 finala çıxdı

Oktyabrın 14-də futbol üzrə Azərbaycan kubokunun yeni mövsümünə start verilib. 19 komandanın çıxış etdiyi 2015/16 mövsümü 1/16 final mərhələsinin qarşılaşmaları ilə başlayıb.

Ölkə kubokunun ilk oyunları çərçivəsində "Qaradağ Lökbatan” komandası "Şərurspor”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 3:3. Oyunsonrası penaltilərdə isə komandamız üstün olub – 5:4 (8:7). Bununla da "Qaradağ Lökbatan” komandası "Neftçi”nin 1/8 finaldakı rəqibi olub.