Xəbərlər


Paralimpiyaçılarmız Dubayda keçirilən Qran-pridə 2 medal qazanıblar

Dubayda keçirilən paraatletika üzrə lisenziya xarakterli Qran-pri turnirinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirmələri yarışlarda 2 bürünc medal qazanıblar. İdmançılarımızdan Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvəitələmə yarışında üçüncü yeri tutublar.

Elvin Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını daha da artırıb.

Xatırladaq ki, klubumuzun digər paraatletləri - Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə "Tokio-2020”yə birbaşa lisenziya qazanıblar.