Xəbərlər


Teymur Rəcəbov "Opera Euro Rapid" turnirində 3-cü olub

"Neftçi İdman Klubu"nun  şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — "Opera Euro Rapid” turnirinin bürünc medalını qazanıb. Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.
Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında ermənistanlı Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.