Xəbərlər


“Qaradağ Lökbatan” ikinci dövrəyə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XII turun oyunları keçirilib.

İkinci dövrənin ilk qarşılaşmasında "Qaradağ Lökbatan” komandası "Sumqayıt-2” klubu ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan matç təmsilçimizin üstünlüyü şəraitində keçib. Birinci hissədə futbolçularımız daha çox aktivlik nümayiş etdiriblər. Nəticədə oyunun 44-cü dəqiqəsində komandamız önə keçib. Elnur Səmədovun vurduğu qol Nazim Əliyevin yetirmələrinə qələbə qazandırıb. Bu, qarşılaşmada vurulan yeganə qol olub və "Qaradağ Lökbatan” növbəti üç xalını əldə edib.