Xəbərlər


“Opera Euro Rapid”: Teymur Rəcəbov yarımfinala vəsiqə qazanıb

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin dörddəbir finalında növbəti görüşlərini keçirib. Təcrübəli qrossmeyster bu raundun ikinci yarış günündə niderlandlı Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib. Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, bu şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə sona yetmişdi.

Qeyd edək ki, Teymur Rəcəbov 11-12 fevralda keçiriləcək yarımfinal qarşılaşmasında ABŞ idmançısı Uesli So ilə qarşılaşacaq.