Xəbərlər


"Qaradağ Lökbatan" klubunun oyunu fevralın 11-də baş tutacaq

Futbol üzrə Azərbaycan Birinci Divizionunda qış fasiləsi başa çatır. Hazırda məşqlərini davam etdirən "Qaradağ Lökbatan" klubu növbəti turun oyununa səylə hazırlaşır. Komandamız fevralın 11-də "Sumqayıt-2" klubu ilə qarşılaşacaq. Lökbatanda yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək. Hazırda turnir cədvəlində "Qaradağ Lökbatan" 9-cu, "Sumqayıt-2" klubu isə 8-ci pillədə qərarlaşıb.