Xəbərlər


"Neftçi İdman Klubu"nun təmsilçiləri 2020-ci ildə 201 medala sahib olublar

 "Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, 2020-ci ildə də müxtəlif yarışlarda uğurla çıxış ediblər. Belə ki, atletlərimiz ötən il əldə etdikləri medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. Təmsilçilərimiz il  ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 56-sı qızıl, 66-sı gümüş və 79-u bürünc olmaqla, ümumilikdə 201 medal qazanıblar. İdmançılarımız dünya yarışlarında 5 (1 qızıl, 1 gümüş, 3 bürünc), Avropa yarışlarında 11 (3 qızıl, 2 gümüş, 6 bürünc), beynəlxalq turnirlərdə isə 28 medala (7 qızıl, 11 gümüş, 10 bürünc) sahib olublar. Respublika səviyyəli yarışlarda 72 medal (20 qızıl, 20 gümüş, 32 bürünc) əldə edən klubumuzun yetirmələri paytaxt yarışlarında 58 (17 qızıl, 19 gümüş, 22 bürünc), digər yarışlarda isə 27 dəfə (8 qızıl, 13 gümüş, 6 bürünc) fəxri kürsüdə yer alıblar.
Qeyd edək ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan ölkədaxili və beynəlxalq səviyyəli yarışların böyük əksəriyyəti pandemiya səbəbindən baş tutmayıb.