Xəbərlər


Güləşçilərimiz Fransadan 2 medalla dönür

Fransanın Nitsa şəhərində keçirilən güləş üzrə Henri Deqlan Qran-pri turniri başa çatıb.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində təmsil olunan yunan-Roma güləşçiləri yaışdan 2 medalla ayrılıblar. Pəhləvanlarımızdan 77 kiloqram çəki dərəcəsində mübarizə aparan
Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də qalib gələn idmançımız yarımfinala yüksəlib. Türkiyə güləşçisi ilə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Təmsilçimiz gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medala layiq görülüb. Digər idmançımız İslam Abbasov (87 kq) ilk görüşdə gürcü həmkarını məğlubiyyətə uğradıb. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən İslam Abbasov finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısı ilə  qarşılaşmadan da qələbə ilə ayrılan təmsilçimiz turnirin qizıl medalına sahib olub.